AZ EN RU

Naxçıvan Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzinin əməkdaşları təlimlərə cəlb edilib

Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı (FAO) tərəfindən Naxçıvan Muxtar Respublikası  Kənd Təsərrüfatı Nazirliyinin Naxçıvan Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzində torpaqların  aqrokimyəvi analizlərinin aparılmasına dair təlimlər keçirilib.

Təlimlərdə iştirakçılara torpaqların aqrokimyəvi analizlərinin müasir üsullarla aparılması, həmçinin mövcud cihaz və laboratoriya avadanlıqlarda işləmə qaydaları barədə ətraflı məlumat verilib. 
Təlim müddətində gələcəkdə birgə laboratoiyaya dair təlimlərin təşkili, əməkdaşların bu istiqamətdə bilik və bacarıqlarının artırılması imkanları barədə müzakirələr aparılıb.

Nəşr edilib : 04.07.2024 09:40