AZ EN RU

Naxçıvan Futbol Federasiyasının yeni sədri seçilib

Bu gün federasiyanın keçirilən yığıncağın gündəliyində Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının yeni sədrinin seçilməsi məsələləri yer alıb.

İclasda federasiya sədri vəzifəsinə Zaur Axundovun namizədliyi irəli sürülüb. Təklif yekdilliklə qəbul olunub və Z.Axundov Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri seçilib.

Qeyd edək ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Qəzənfər Abdullayev idi.

Nəşr edilib : 06.07.2024 11:27