AZ EN RU

Naxçıvan Dövlət Filarmoniyasının Ordubad rayonunda konserti keçirilib

Martın 29-da Naxçıvan Dövlət Filarmoniyasının  Ordubad Rayon Mədəniyyət Sarayında təşkil olunan konserti Ümummilli  lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunub.

Konsert zamanı Ulu öndərin sevdiyi, ona həsr olunan mahnılarla yanaşı, bir sıra vətənpərvərlik ruhunda mahnılar da ifa olunub. Ələkbər Tağıyevin  “El yolunda” mahnısı ilə başlanan konsertdə bir-birinin ardınca səsləndirilən “Vətən gözəl” ,“Küçələrə su səpmişəm”, “Sevinc mahnısı”, “Ordubad”, “O Naxçıvadır”, “Yaşa, mənim xalqım”, “Min yaşasın”, “Ey Vətən oğlu” mahnıları  və rəqslər tamaşaçılarda xoş ovqat yaradıb. Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Hünər Əliyev, Zülfiqar Mahmudov, Filarmoniyanın solistləri Zamin Vəliyev, Nərmin Hüseynova, İsrafil Qibləliyev tərəfindən ifa edilən əsərlər Əməkdar artist Zeynalabdin Babayevin bədii rəhbəri olduğu Mahnı və Rəqs ansamblının müşaiəti ilə  təqdim olunub.

      Qeyd edək ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təsdiq etdiyi Tədbirlər Planına əsasən Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivlərinin Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında konserti keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası

 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 29.03.2023 17:35