AZ EN RU

Naxçıvan boksçusu Yakutiyada medal qazanıb

Rusiyanın Yakutsk şəhərində “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunları keçirilir. Ölkəmizin də təmsil olunduğu yarışlarda 24 idman növü üzrə medalçılar müəyyənləşməkdədir. 

Azərbaycan idmançıları Yakutiyada uğurlu nəticələrə imza atıblar. Onlardan biri də Naxçıvan boks məktəbinin yetirməsi Haqverdi Həsənovdur. İdmançı ölkəmizi boks yarışında 57 kiloqram çəki dərəcəsində təmsil edib və bürünc medala layiq görülüb. Ölkəmizi təmsil edən digər boksçulardan Nurlan Abışov (60 kiloqram) və Valeh Eyvazlı (66 kiloqram) da üçüncü olublar. Nihad Qasımov (48 kiloqram) isə yarımfinalda əfqanıstanlı Haydari Mujtabanı mübarizədən kənarlaşdıraraq finala yüksəlib. 

Qeyd edək ki, iyunun 27-də start götürən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarına 24 ölkədən, o cümlədən Rusiyadan beş komandanın idmançıları iştirak edir. Azərbaycan bu yarışa 16 idman növü üzrə 80 idmançı ilə qatılıb. Yarış iyulun 7-nə qədər davam edəcək.

Naxçıvan Muxtar Respublikası

Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 04.07.2024 16:31