AZ EN RU

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin saytı yenilənib

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi muxtar respublikada dövlət qurumlarına aid internet səhifələrinin yenilənməsi, dövlət internet şəbəkəsində yerləşdirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı tədbirləri davam etdirir. Həyata keçirilən tədbirlərin davamı olaraq nazirliyin mühəndis proqramçıları tərəfindən  “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinin  rəsmi internet saytı (nayda.gov.az) yenidən hazırlanıb.

Müasir metodlardan istifadə edilərək hazırlanmış veb-saytda əsas səhifədə agentliyin fəaliyyət istiqamətləri,  muxtar respublikanın avtomobil yolları, yol qurğularının layihələndirilməsi, o cümlədən yol infrastrukturunun inkişafı və digər məlumatların yerləşdirilməsi üçün bölmələr hazırlanıb.

Saytın optimizasiyası (SEO-Search Engine Optimization) axtarış sistemlərinə uyğunlaşdırılması, “Google” axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün nazirliyin mütəxəssisləri tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib, eləcə də domenə bağlı e-poçt adresi ilə təmin olunub.

Vətəndaşların agentliyə elektron formada müraciət etmələri üçün “Əlaqə” bölməsi yaradılıb. Bu bölmədə qurumun çağrı mərkəzi, qəbul günləri, ünvanı və onlayn müraciət qaydası haqqında məlumatlar yer alıb.

Yenilənən veb-sayt həm funksionallıq, həm də məzmun cəhətdən əvvəlki versiya ilə müqayisədə daha da təkmilləşdirilib və yeni informasiyalarla zənginləşdirilib. Bu da, öz növbəsində, vətəndaşların saytdan rahat istifadəsinə şərait yaradacaqdır.

                          Naxçıvan Muxtar Respublikası

                                               Rəqəmsal İnkişaf və Nəqliyyat

                                                Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 17.07.2024 17:27