AZ EN RU

"Muxtariyyət dövründə Naxçıvan ədəbi mühiti" adlı tədbir keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin  elan edilməsi ilə  əlaqədar 09 avqust 2024-cü il tarixdə "Muxtariyyət dövründə Naxçıvan ədəbi mühiti" mövzusunda Şərur rayonunun Cəlilkənd kənində yerləşən Cəlil Məmmədquluzadənin Xatirə Muzeyində tədbir keçirilib. 

Əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

Daha sonra Şərur Rayon İcra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Müşfiq Əsədov, Rayon Mədəniyyət Sarayının direktoru Tağı Tağıyev, Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə Muzeyinin direktoru Gültac Həsənova, Rayon Tarix diyarşünaslıq Muzeyinin direktoru Gülnar İmanova  çıxış edərək bildirmişlər ki,  Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır.

Bildirilib ki, Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri, elm adamları, şairləri, yazıçıları ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin, elminin və ədəbiyyatının tərəqqisinə töhfələr vermişdir. Bu cür görkəmli şəxsiyyətlərdən biri də ədəbiyyatın ən qüdrətli nümayəndələrindən biri böyük yazıçı, publisist, mütəfəkkir və ictimai xadim Cəlil Məmmədquluzadədir. Naxçıvanın 100 illik taleyində öz imzası olan ictimai xadim Cəlil Məmmədquluzadə  ölkəmizin hər yerində, eləcə də doğulduğu Naxçıvan torpağındakı mədəniyyət ocaqlarında ədibin adı  əbədiləşdirilib, əsərləri teatrların repertuarını bəzəyib. 

Sonda tədbir iştirakçıları muzey ekspozisiyasına baxışı keçiriblər.

Nəşr edilib : 09.08.2024 18:43