AZ EN RU

Muxtar respublikanın bu ərazilərində küləyin sürəti artacaq

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə  16-17 iyul tarixlərində Naxçıvan Muxtar Respublikasının Sədərək, Kəngərli və Şərur rayonlarında küləyin sürəti saniyədə 5-10 m/san, Şahbuz rayonunda 6-11 m/san, Naxçıvan şəhəri və Babək rayonunda 9-14 m/san, Culfa və Ordubad rayonlarında isə küləyin sürətinin 12-17 m/san qədər artacağı gözlənilir.

Nəşr edilib : 15.07.2024 15:04