AZ EN RU

Muxtar respublikada yeni rəqəmsal xəritələr hazırlanıb

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaqların uçotunun tam elektronlaşdırılması təmin edilib. 

Xidmətdən “Şərq qapısı”na bildirilib ki,  2024-cü ilin birinci yarısında 29 sifariş əsasında 75 müxtəlif məzmunlu xəritə, plan və sxemlər hazırlanaraq sifarişçilərə təhvil verilib. Muxtar respublikanın 157 yaşayış məntəqəsində 204 torpaq sahəsi və 94 qeyri-yaşayış binasının yerləşdiyi ərazilərin geodeziya ölçmələri aparılmaqla yerquruluşu planları hazırlanıb,  Babək rayonunun 5 yaşayış məntəqəsi üzrə yerquruluşu plana alma işləri başa çatdırılıb və rəqəmsal xəritələri tərtib olunub.

Nəşr edilib : 17.07.2024 15:55