AZ EN RU

Muxtar respublikada probasiya sahəsində daxil olan işlərin sayı 62 faizdən çox artıb

Naxçıvan Muxtar Respublikasında bu ilin 6 ayında probasiya sahəsində daxil olan işlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 62 faizdən çox artıb.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, hazırda 56 məhkuma elektron sistemlə gündəlik nəzarət edilir və texniki vasitələrin sazlığı diqqət mərkəzində saxlanılır. Cəzaların icrası ilə bağlı dövlət büdcəsinə 41 min 664 manat məbləğində ödəmələr təmin edilib (ötən il bu rəqəm 5680 manat təşkil edib), nəticədə, dövlət büdcəsinə ödəmələr ötən ilin eyni dövrü ilə müqayisədə 35 min 984 manat və ya 7,3 dəfə çox olub.

Nəşr edilib : 24.07.2024 10:08