AZ EN RU

Muxtar Babayev: “Şadam ki, həm dövlət qurumları, həm də qeyri-hökumət təşkilatları, gənclər bu tədbirdə iştirak edir, prosesə qoşulur”

Bildiyimiz kimi, Naxçıvan Muxtar Respublikası ərazisində maarifləndirmə, təbliğat işləri mütəmadi olaraq aparılır. Eyni zamanda Naxçıvanda ilk dəfə deyil ki, belə mötəbər tədbir də keçirilir. 
“Şərq qapısı” xəbər verir ki, bu sözləri COP 29-un prezidenti, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Naxçıvan Biznes Mərkəzində keçirilən "COP 29, İqlim dəyişikliklərinin ətraf mühitin komponentlərinə təsirləri" mövzusunda konfransdan sonra jurnalistlərə müsahibəsində söyləyib.
COP 29-un prezidenti qeyd edib ki, Naxçıvanda həm “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində, həm də COP 29-a hazırlıq dövrünə uyğun işlər uğurla aparılır. Bu gün də böyük konfrans keçirildi və şadam ki, həm dövlət qurumları, həm də qeyri-hökumət təşkilatları, gənclər bu tədbirdə iştirak edir, prosesə qoşulur. İnanıram ki bu proses davamlı olacaq.

Nəşr edilib : 08.08.2024 19:10