AZ EN RU

Muxtar Babayev CARICOM-un 47-ci sessiyasında çıxış edib

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Karib Hövzəsi Ölkələri Birliyinin (CARICOM) hökumət başçılarının 47-ci iclasında çıxış edib.

Bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Kiçik ada dövlətləri qeyri-proporsional olaraq iqlim dəyişikliyindən əziyyət çəkirlər. Azərbaycan çalışır ki, bu ölkələrin problemləri müzakirələrin mərkəzində olsun”,- paylaşımda qeyd edilib.

Nəşr edilib : 31.07.2024 11:33