AZ EN RU

Musiqi istiqaməti üzrə qabiliyyət imtahanları keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi musiqi istiqaməti üzrə ali məktəblərə qabiliyyət imtahanlarının "Harmoniya və solfecio" və "Musiqi nəzəriyyəsi və solfecio" imtahanlarını keçirib. 
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə keçirilən imtahanda, ümumilikdə,   181 abituriyentin iştirakı nəzərdə tutulub. İmtahanın idarə olunmasına 19 nəzarətçi, 3 rəhbər ayrılıb.
Qeyd edək ki, musiqi istiqaməti üzrə qabiliyyət imtahanlarının bu mərhələsi test formasında keçirilib.

Bülbül QULİYEVA

Nəşr edilib : 28.07.2024 13:14