AZ EN RU

MSK sədrinin müavini: Seçki prosesi zamanı tərəflərin hüquq və vəzifələri barədə məlumatlı olması əsas məsələdir

Dairə seçki komissiyalarında namizədlərin qeydiyyata alınması üçün İşçi qruplar fəaliyyət göstərir.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov Milli Məclisə seçkilər zamanı deputatlığa namizədlərin qeydiyyatı prosesinə həsr olunan seminarda çıxış edərkən deyib.

“Çalışacağıq ki, bu seminardan sonra onların proseslər barədə maksimum məlumatlı olsunlar. Seçki prosesi zamanı tərəflərin hüquq və vəzifələri barədə məlumatlı olması əsas məsələdir".

Seminar deputatlığa namizədlərin öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülməsi qaydası, namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi ilə bağlı seçki qanunvericiliyinin tələblərinə həsr olunub.

Eyni zamanda seminarda deputatlığa namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması şərtləri və qaydası, imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınmasının əsasları mövzular diqqət mərkəzində olacaq.

Nəşr edilib : 12.07.2024 10:33