AZ EN RU

MSK sədri: Parlament seçkilərini izləmək üçün indiyədək 480 yerli müşahidəçi qeydə alınıb

2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərini izləmək üçün indiyədək Mərkəzi Seçki Komissiyasında 480 yerli müşahidəçi qeydə alınıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov iyulun 22-də keçirilən iclasda bildirib.

MSK sədri deyib ki, müşahidəçilərin 344 nəfəri öz təşəbbüsü, 10 nəfəri qeyri-hökumət təşkilatlarının xətti, 126 nəfər isə xüsusi icazə ilə qeydə alınıb.

Nəşr edilib : 22.07.2024 17:40