AZ EN RU

MSK sədri: Hansısa namizədin təşviqat başlamazdan əvvəl təbliğat aparması sübut edilməlidir

Təşviqat kampaniyası başlamazdan öncə təbliğat aparan namizədlər olubsa, bununla bağlı sənəd təqdim edilməlidir.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O, bununla bağlı sübutları özündə ehtiva edən rəsmi sənədlə müraciət ünvanlanmasının zəruri olduğunu bildirib.

Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin avqustun 9-dan təşviqat mərhələsi başlayıb. Artıq təşviqat üçün hər dairə üzrə 16 qapalı, 27-ə yaxın açıq məkan olmaqla 5509 ünvan müəyyənləşdirilib.

Nəşr edilib : 09.08.2024 10:38