AZ EN RU

MSK sədri: Azad edilmiş ərazilərdəki 34 daimi seçki məntəqəsi seçkilərə tam hazırdır

İşğaldan azad edilmiş ərazilərdə seçicilərin rahat səsverməsi üçün bütün şərait yaradılıb.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 19-da keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, 1 sentyabr seçkiləri çərçivəsində siyasi partiyalardan irəli sürülən ümumilikdə 585 səlahiyyətli nümayəndə artıq qeydiyyatdan keçib.

O qeyd edib ki, azad edilmiş ərazilərdəki 34 daimi seçki məntəqəsi seçkilərə tam hazırdır:

"Bundan başqa dediyimiz kimi biz müvəqqəti – beş günlük məntəqələr də yaradırıq. Orada səs verəcək vətəndaşlar üçün proses yüksək səviyyədə olacaq”.

Nəşr edilib : 19.07.2024 16:56