AZ EN RU

MSK sədri: Artıq 6343 daimi seçki məntəqəsi seçkiyə hazırdır

Artıq 6343 daimi seçki məntəqəsi seçkiyə hazırdır.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, 1000 məntəqədə quraşdırılmış vebkameraların 972-dən görüntülər artıq var: "Digərlərində isə xətlər təzələnir və daha keyfiyyətli formaya salınır. Azad edilmiş ərazilərdə 34 daimi seçki məntəqəsi də hazırdır və müvəqqəti məntəqələr olacaq".

Nəşr edilib : 08.08.2024 17:51