Seçkilərin ideal keçdiyi haqqında iddialar pafos olar.
Bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov Milli Məclisə seçkilər zamanı deputatlığa namizədlərin qeydiyyatı prosesinə həsr olunan seminarda deyib.
O qeyd edib ki, dünyanın heç bir yerində seçkilərin tamamilə mükəmməl keçirilməsi mümkün deyil: "Amma istənilən seçki əvvəlkindən daha təkmil olmalıdır".
R. Qasımov bildirib ki, iyulun 13-dən etibarən namizədlərin qeydiyyatı üçün sənədlər Dairə Seçki Komissiyalarına təqdim olunacaq. O proses zamanı DSK əməkdaşlarını diqqətli olmağa çağırıb.