AZ EN RU

MSK parlament seçkisində iştirak edəcək beş partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb

Mərkəzi Seçki Komissiyası (MSK) daha bir neçə partiyanın 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak edəcək səlahiyyətli nümayəndələrini qeydə alıb.

Bu barədə məsələ MSK-nın bu gün keçirilən iclasında məsələ müzakirə edilib.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Azad Vətən Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Yeni Zaman Partiyası, Haqq, Ədalət Partiyası və Ağ Partiyanın səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə əlaqədar qərar verilib.

Qərar səsverməyə çıxarılaraq qəbul edilib.

Beləliklə, ümumilikdə MSK 16 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb.

Nəşr edilib : 12.07.2024 16:10