AZ EN RU

MSK-nın sədri: Parlament seçkiləri ilə əlaqədar 46 min 807 yerli müşahidəçi akkreditasiyadan keçib

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün indiyədək ümumilikdə 46 min 807 yerli müşahidəçi akkreditasiyadan keçib.

Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 10-da keçirilən iclasında söyləyib.

O bildirib ki, bu müşahidəçilərdən 5715 nəfəri Mərkəzi Seçki Komissiyasında, 41 min 92-si isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib.

M.Pənahov deyib ki, növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 29 beynəlxalq qurumdan və 46 ölkədən 267 nəfər akkreditə olunub.

Belə ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan 40 nəfər, ATƏT-in Parlament Assambleyasından 61 nəfər, MDB Parlamentlərarası Assambleyasından 36 nəfər, Türkiyə Böyük Millət Məclisindən 14 nəfər, Mərakeş Nümayəndələr Palatasından 4 nəfər, Kamboca Milli Assambleyasından 3 nəfər, Pakistan Milli Assambleyasından 3 nəfər, Malayziya Parlamentindən 2 nəfər, Belarus Respublika Şurasından 2 nəfər, Rusiya Federal Məclisinin Federasiya Şurasından 2 nəfər, Belarus Nümayəndələr Palatasından 1 nəfər, Gürcüstan Parlamentindən 1 nəfər, Qazaxıstan Senatından 1 nəfər, TURKPA-dan 17 nəfər, Beynəlxalq Parlamentarilər Konqresindən 4 nəfər, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisindən 4 nəfər, GUAM Parlament Assambleyasından 3 nəfər, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasından 2 nəfər, İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqından 2 nəfər, Asiya Parlament Assambleyasından 1 nəfər, Türkiyə Yüksək Seçim Kurulundan 5 nəfər, Maldiv Mərkəzi Seçki Komissiyasından 3 nəfər, Bolqarıstan Mərkəzi Seçki Komissiyasından 2 nəfər, Filippin Mərkəzi Seçki Komissiyasından 2 nəfər, Gürcüstan Mərkəzi Seçki Komissiyasından 2 nəfər, Pakistan Mərkəzi Seçki komissiyasından 2 nəfər, Qazaxıstan Mərkəzi Seçki Komissiyasından 1 nəfər, Monteneqro Mərkəzi Seçki Komissiyasından isə 1 nəfər akkreditasiyadan keçib.

Nəşr edilib : 10.08.2024 18:27