AZ EN RU

MSK-nın sədri: Bizim ali məhkəmələr, apellyasiya məhkəmələri ilə ölkə üzrə tədbirlərimiz artıq bəhrələrini verir

Azərbaycan müstəqillik qazandıqdan sonra iki müxtəlif sahədə beynəlxalq ənənələrə, praktikaya əsasən münasibət qururdu. Onlardan biri məhkəmə sisteminin, digəri isə seçki sisteminin təkmilləşdirilməsi idi.

Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirədə çıxışı zamanı deyib.

O, həmçinin qeyd edib: “Bizim ali məhkəmələr, apellyasiya məhkəmələri ilə ölkə üzrə bu cür tədbirlərimiz artıq bəhrələrini verir. Son iki seçkilərdir ki, həm məhkəmə səviyyəsinə qaldırılan sənədlərə seçki qurumları tərəfindən sənədlərin hazırlanması, həm də məhkəmə sisteminin, orqanlarının həmin sənədlərə, müraciətlərə baxılması baxımından narazılıqların sayı demək olar ki, dəfələrlə azalıb. Ona görə bir daha qeyd edirəm ki, bugünkü tədbir böyük əhəmiyyət daşıyır”.

Nəşr edilib : 22.07.2024 12:30