AZ EN RU

MSK ekspert qruplarının üzvlərini diqqətli olmağa çağırıb

Dairə seçki komissiyalarında (DSK) yaradılan ekspert qruplarının üzvlərinin 1/3-dən çoxu əvvəlki seçkilərdə də iştirak edib.

Bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, ekspert qrupunun nəzərə almalı detallar var: "Bəzən bunların texniki olması etinasız yanaşmaya səbəb olur. Amma ola bilir ki, detalda fikir verilməyən məsələ ən mühüm məqamdır".

MSK sədrinin müavini ekspert qruplarının üzvlərini diqqətli olmağa çağırıb: "Heç bir qərarı "mənə belə gəldi ki..." ehtimalı üzərində qurmayın. Seçki prosesində heç nə "bizə belə gələ bilməz".

Nəşr edilib : 15.07.2024 10:30