AZ EN RU

M.Q.Rzayevin Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq qərara alıram:

1. Malik Qadir oğlu Rzayev Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini təyin edilsin.

2. Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini Malik Qadir oğlu Rzayevə həvalə edilsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

  Anar İBRAHİMOV

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini

Naxçıvan şəhəri, 31 may 2024-cü il

Nəşr edilib : 01.06.2024 12:20