AZ EN RU

MN: Ordumuz tərəfindən qarşı tərəfə atəş açılması ilə bağlı məlumat yalandır

Noyabrın 22-si saat 22:00-dan 22:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqətəuyğun deyil.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik.

Nəşr edilib : 23.11.2022 14:55