AZ EN RU

MM Səadət Bəktaşinin Naxçıvan Ali Məhkəməsinə hakimliyini təsdiqləyib

Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimləri Assosiasiyasının sədri, hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışan Səadət Bəktaşinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə hakimliyi təsdiqlənib.

Məsələyə Milli Məclisin bu gün keçirilən plenar iclasında baxılıb.

İclasda Səadət Bəktaşinin məhkəmə sistemindəki fəaliyyəti barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, o, öz peşəsinə məsuliyyətlə yanaşıb, icra etdiyi vəzifələrin öhdəsindən layiqincə gəlib.

Deputatlar Bakı Apellyasiya Məhkəməsinin hakimi Səadət Bəktaşinin hazırkı fəaliyyətini və yeni təyinatını təqdirəlayiq hesab ediblər.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Nəşr edilib : 24.02.2023 11:48