AZ EN RU

Mikayıl Cabbarov: “Yüksəliş”in finalında iştirak etmək mühüm nailiyyət və stimuldur

İqtisadiyyat naziri Mikayıl Cabbarov həmkarları ilə birgə “Yüksəliş” müsabiqəsinin yekununda finalçıların idarəçilik səriştələrini qiymətləndirib.

Bu barədə nazir sosial şəbəkədə yazıb.

“Həmkarlarla birlikdə dördüncü “Yüksəliş” müsabiqəsinin yekununda finalçılarımızın idarəçilik səriştələrini qiymətləndirdik. Nəticədən asılı olmayaraq bilik, bacarıq və iradə nümayiş etdirərək bu mərhələyə yüksəlmək mühüm nailiyyət və stimuldur. Bütün iştirakçılara təşəkkür edir, layiq olanlara isə davamlı yüksəliş arzu edirik!”, – o qeyd edib.

Nəşr edilib : 21.07.2024 17:05