AZ EN RU

Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qalibi olan nazirlik işçilərini təbrik edib

IV "Yüksəliş" müsabiqəsində İqtisadiyyat Nazirliyindən olan həmkarların qalib olması üçün qürurvericidir.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Sahibkarlığın İnkişafı Fondundan İsmayıl Hüseynova, Dövlət Vergi Xidmətindən Nicat Qocayevə, İqtisadi Zonaların İnkişafı Agentliyindən Əkbər Əsgərova və digər qaliblərə təbriklərimizi çatdırır, uğurlar arzulayırıq”, - deyə nazir qeyd edib.

Nəşr edilib : 02.08.2024 10:38