AZ EN RU

“Microsoft”dakı nasazlıq “Windows”la işləyən 8,5 milyon cihaza təsir edib

“Microsoft Azure” bulud saxlama platformasında “Crowdstrike”ın proqram yeniləməsi nəticəsində yaranan nasazlıq “Windows” əməliyyat sistemi ilə işləyən təxminən 8,5 milyon cihaza təsir edib.
“Şərq qapısı” xəbər verir ki, bu barədə Microsoft öz bloqunda məlumat yayıb.
“Proqram yeniləmələri zaman-zaman nasazlıqlara səbəb ola bilsə də, “Crowdstrike”ınki qədər böyük hadisələr nadirdir. Nasazlığın 8,5 milyon “Windows” cihazına və ya “Windows” cihazlarının 1%-dən azına təsir etdiyini təxmin edirik”.
Qeyd olunur ki, “Crowdstrike” “Microsoft”a vəziyyəti tez bir zamanda nizamlayacaq həll variantı hazırlamağa kömək edib.

Nəşr edilib : 21.07.2024 09:10