AZ EN RU

M.H.Abbasova Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icrasının həvalə edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin  II hissəsinin 22-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti rəisinin müavini Məhərrəm Hüseyn oğlu Abbasova həvalə edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Anar İBRAHİMOV

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini

Naxçıvan şəhəri, 30 iyul 2024-cü il

Nəşr edilib : 30.07.2024 17:51