AZ EN RU

Məzahir Pənahov: Milli Məclisə növbədənkənar seçkilərdə namizədlik üçün 431 nəfər müraciət edib

Milli Məclisə növbədənkənar seçkilərdə namizədlik üçün 431 nəfər müraciət edib.

Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın iyulun 15-də keçirilən iclasında söyləyib.

O bildirib ki, 261 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. Müraciət edənlərdən 213 nəfər imza vərəqi alıb və artıq onlardan 9-u imza vərəqələrini qeydə alınmaq üçün dairə seçki komissiyalarına geri qaytarıb.

Nəşr edilib : 15.07.2024 16:51