AZ EN RU

Məzahir Pənahov: 881 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1508 nəfər müraciət edib. 1462 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib.

Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 3-də keçirilən iclasında söyləyib.

MSK sədri əlavə edib ki, 1191 nəfər imza vərəqələrini qaytarıb, 881 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Nəşr edilib : 03.08.2024 15:19