AZ EN RU

Mərkəzi Seçki Komissiyası 26 ölkənin seçki qurumunu parlament seçkilərinin müşahidəsi üçün ölkəyə dəvət edib

Beynəlxalq müşahidəçilər Azərbaycanda gedən prosesləri hər zaman yaxından izləyiblər.

Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib. O bildirib ki, istər beynəlxalq, istərsə də yerli müşahidəçilərin Milli Məclisə növbədənkənar seçkiləri izləməsinə tam şərait yaradılacaq.

"Azərbaycana dəvət edilən beynəlxalq müşahidəçilər barədə yaxın vaxtlarda məlumat veriləcək. Mərkəzi Seçki Komissiyası isə 26 ölkənin seçki qurumunu prosesin müşahidəsi üçün ölkəyə dəvət edib", - deyə MSK sədrinin müavini vurğulayıb.

Nəşr edilib : 12.07.2024 10:28