AZ EN RU

Məişət zorakılığı, cinayətə aparan yol və onların qarşısının alınması” mövzusunda tədbir keçirilib

Sədərək rayon İcra Hakimiyyətində “Münaqişəli ailələr: Məişət zorakılığı, cinayətə aparan yol və onların qarşısının alınması”  mövzusunda tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə Sədərək rayon İcra Hakimiyyətində rayonun inzibati ərazi dairələri üzrə nümayəndələrinin, bələdiyyələrin, polis və təhsil müəssisələri əməkdaşlarının  iştirakı ilə “Münaqişəli ailələr: Məişət zorakılığı, cinayətə aparan yol və onların qarşısının alınması” mövzusunda tədbir keçirilib.
Tədbirdə Sədərək  rayon İcra başçısının müavini Pərviz Ağayev  də iştirak edib. Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi Faiq Səfərov və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Firuzə Hüseynova və Naxçıvan Dövlət Universitetinin əməkdaşı, psixoloq Çapay Quliyev mövzu ilə bağlı çıxış ediblər.

Nəşr edilib : 07.08.2024 10:51