AZ EN RU

Məişət əşyalarını dəyərindən qat-qat baha satanlar saxlanıldı

Naxçıvan şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qanunsuz küçə ticarəti ilə məşğul olan, həmçinin məişət əşyalarını dəyərindən qat-qat baha qiymətə vətəndaşlara təklif edərək istehlakçıların hüquqlarını qəsdən pozan şəxslər müəyyən ediliblər. 
"Şərq qapısı" xəbər verir ki, həyata keçirilən profilaktik tədbirlərlə qeyd edilən hüquqpozmalara yol verən 13 şəxs müəyyən edilib. Onlar barəsində inzibati protokollar tərtib olunub.

Nəşr edilib : 13.08.2024 15:27