AZ EN RU

Məhkəmə Ekspertizası Mərkəzində birinci yarımildə görülən işlər müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü ilin birinci yarımili üzrə xidməti fəaliyyətinin yekunlarına dair müşavirə keçirilib.
"Şərq qapısı" xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirəni giriş sözü ilə mərkəzin rəisi Rafiq Cəfərov açaraq 2024-cü ilin birinci yarımilində görülmüş işlərdən, aparılmış ekspertiza işlərinin xarakterindən, tədqiqat obyektlərinin sayından və ekspertiza işlərinin daxil olması statistikasından bəhs edərək ötən ilin müvafiq dövrü ilə müqayisəli şəkildə izahlar verib.
Sonra Mərkəzin ballistik və trasoloji ekspertizalar bölməsinin rəisi Səməd Şahtaxtinski, Yol-nəqliyyat hadisələrinin ekspertizası bölməsinin böyük eksperti Məhəmməd Həşimov, Mühəndis-texniki ekspertiza bölməsinin rəisi Həsən Babayev, İqtisad ekspertizası bölməsinin rəisi Rasim Quluzadə, Psixoloji ekspertiza bölməsinin rəisi Valeh Fərəcov və Fiziki-kimyəvi və bioloji ekspertizalar bölməsinin böyük eksperti Zəka Qurbanov cari ilin ilk 6 ayı ərzində yerinə yetirilmiş işlərin yekunlarına dair məruzə ətrafında çıxış ediblər.  Çıxışlarda ötən ilin müvafiq dövrü ilə müqayisədə daxil olan bəzi ekspertiza sahələri üzrə işlərinin sayında artım müşahidə olunduğunu və artımın ehtimal edilən səbəbləri sadalanıb.
Xidməti müşavirəyə yekun vuran Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Rafiq Cəfərov ədliyyə naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərovun tapşırıqlarını diqqətə çatdırıb. 2024-cü ilin ikinci yarımilində də ekspert rəylərini obyektiv, tam, dolğun tərtib edəcəklərini, bütün ekspertiza sahələri üzrə işləri təhlil etməklə yeni texnologiyaların tətbiqini, ekspertlərin peşə hazırlığının artırılması məqsədi ilə kurslara və treninqlərə cəlb edilməsinin diqqətdə saxlanılacağını, məhkəmə və hüquq mühafizə orqanları ilə qarşılıqlı şəkildə səmərəli əməkdaşlığın davam etdiriləcəyini vurğulamışdır. Rafiq Cəfərov 2024-cü ilin birinci yarımilində daxil olani işlərdə və aparılan tədqiqatlarda ortaya çıxan nöqsanların növbəti yarımildə aradan aldırılmasına dair tapşırıq və tövsiyyələr verilib.

Nəşr edilib : 12.08.2024 14:27