AZ EN RU

MDB Azərbaycanda seçkiləri izləmək üçün müşahidəçilər missiyası formalaşdırmağa başlayıb

Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün MDB-nin müşahidə missiyasının formalaşdırılması prosesi gedir.

Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

“Missiyanın formalaşdırılması mərhələsindəyik”, - məlumatda qeyd edilib.

Təşkilat yaxın vaxtlarda müşahidə missiyasının rəhbərinin təyin olunacağını vurğulayıb. Mətbuat xidməti əlavə edib ki, missiyanın rəhbəri MDB-yə üzv dövlətlərin Səlahiyyətli Nümayəndələr Şurası tərəfindən təsdiqlənməlidir.

Nəşr edilib : 15.07.2024 10:34