AZ EN RU

Maliyyə və mühasibatlıq sahəsində çalışanlar üçün seminar keçiriləcək

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə maliyyə və mühasibatlıq sahəsində çalışanlar üçün “Əmək qanunvericiliyi: Mürəkkəb məqamlara sadə izah” mövzusunda seminar keçiriləcək.
Avqustun 17-də Maliyyə Nazirliyində əyani formada təlimçi-ekspert Arif Ataxanlı tərəfindən keçiriləcək seminarda muxtar respublikanın bütün müəssisə və təşkilatlarında çalışan maliyyə-mühasibat işçiləri və bu sahəyə marağı olan şəxslər iştirak edə bilərlər.
Seminarda  iştirak  etmək istəyən şəxslər (036) 550-33-33 nömrəsi ilə əlaqə saxlaya və ya “nmaliyye.gov.az” saytında “elanlar” bölməsində paylaşılan link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Nəşr edilib : 13.08.2024 15:58