AZ EN RU

Malik Rzayev Sədərək rayonunda vətəndaş qəbulu keçirib, 25 müraciətə baxıb

Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Malik Rzayev avqustun 14-də Sədərək Rayon İcra Hakimiyyətində rayon sakinlərini qəbul edib. 
Əvvəlcə rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin əzəmətlə ucaldılan abidəsi ziyarət edilib və abidə önünə gül dəstələri düzülüb.
Şəhid ailəsi və veteranların da iştirak etdiyi qəbulda suvarma və içməli su təminatının yaxşılaşdırılması ilə bağlı 25 vətəndaşın müraciətləri dinlənilib, ərizələri qəbul edilərək həlli üçün agentliyin aidiyyəti şöbələrinə tapşırıqlar verilib.
Vətəndaş qəbulu muxtar respublikanın bütün rayonlarında keçiriləcək.

Nəşr edilib : 14.08.2024 16:08