AZ EN RU

Malik Rzayev Babək rayonunda vətəndaş qəbulu keçirib, 50 müraciətə baxıb

Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Malik Rzayev iyulun 31-də Babək Rayon İcra Hakimiyyətində rayon sakinlərini qəbul edib. 
Əvvəlcə rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin əzəmətlə ucaldılan abidəsi ziyarət edilib və abidə önünə gül dəstələri düzülüb.
Sağlamlıq imkanları məhdud şəxslərin, şəhid ailəsi və qazilərin də iştirak etdiyi qəbulda suvarma və içməli su təminatının yaxşılaşdırılması ilə bağlı 50 nəfər vətəndaşın müraciətləri dinlənilib, ərizələri qəbul edilərək həlli üçün agentliyin aidiyyəti şöbələrinə tapşırıqlar verilib.

Nəşr edilib : 31.07.2024 14:55