AZ EN RU

Livan ərazisindən İsrailə onlarla raket atılıb

"Şərq qapısı" İsrail Müdafiə Ordusunun yaydığı məlumata istinadən xəbər verir ki, raket hücumu nəticəsində xəsarət alanların olub-olmadığı barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, raket hücumu dünən Hizbullah Hərəkatının tanınmış nümayəndələrindən birinin pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində öldürülməsinə cavab sayılır.

Nəşr edilib : 07.07.2024 12:18