AZ EN RU

Litva Prezidenti baş nazir postuna namizəd təqdim edib

Litva Prezidenti Gitanas Nauseda parlamentə Baş nazir vəzifəsinə İnqrida Şimonitenin namizədliyinin təqdim edilməsi haqqında fərman imzalayıb.

"Şərq qapısı" yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Prezident Aparatı məlumat yayıb.

Qeyd olunub ki, Litva konstitusiyaya əsasən, Seym baş naziri təsdiqlədikdən sonra respublika prezidenti baş naziri təyin edir və ona hökuməti formalaşdırmağı tapşırır.

Hökumətin tərkibi də respublika Prezidentinin fərmanı ilə təsdiq edilir.

Nəşr edilib : 15.07.2024 16:56