AZ EN RU

Küləkli hava şəraiti ilə bağlı “sarı” xəbərdarlıq edilib

İyulun 11-də ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı “sarı” xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, “sarı” xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Culfa, Ordubad, Şəki, Gəncə, Şəmkir, Samux, Ağdam, Naftalan, Goranboy, Mingəçevir, Tərtər, Bərdə, Yevlax, Salyan, Biləsuvar, Neftçala və Cəlilabadda şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.

Nəşr edilib : 10.07.2024 13:12