AZ EN RU

Kreml: ABŞ prezidentlik yarışının gedişatını diqqətlə izləyəcəyik

Rusiya hakimiyyəti ABŞ-də keçiriləcək prezident seçkilərini diqqətlə izləyəcək.

Bunu VGTRK-nın jurnalisti Pavel Zarubinə müsahibəsində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Orada seçki olacaq, görək sonda kim qalib gələcək və kim qalib gəlsə, həqiqətən də prezident ola biləcəkmi? İndi orada da hər şeyi diqqətlə izləyəcəyik", - Peskov bildirib. 

Peskov seçkilərdən sonra Vaşinqtonun siyasətinin dəyişib-dəyişməyəcəyi ilə bağlı spekulyasiya etməyib: "Amerikalılar özlərində olan vəziyyətlə məşğul olsunlar, hər bir xalq öz prezidenti ilə fəxr edir. Necə ki, amerikalılar öz prezidenti ilə fəxr edirlər".

Nəşr edilib : 14.07.2024 14:05