AZ EN RU

Komitə tərəfindən qadınların maarifləndirilməsi diqqətdə saxlanılır

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şahbuz rayonun Badamlı qəsəbəsində ekosistemin idarə edilməsində qadınların rolundan danışılıb.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Qadınların iştirakı ilə ekosistemin idarə edilməsi” mövzusunda keçirilən tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Nübar Səfərova və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova tədbirin əhəmiyyətini qeyd edib, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən tədbirlərə qadınların verdiyi töhfələr vurğulanıb.  
Komitənin aparıcı məsləhətçisi Yaqut Abbaszadə təqdimatla çıxış edərək bildirib ki, bir çox ölkələrdə qadınlar iqlim dəyişmələrinə qarşı yumşaldıcı və uyğunlaşma tədbirlərinə qiymətli töhfə verən bələdçilər kimi tanınır, eyni zamanda kənd yerlərində yaşayan qadınlar sağlam həyat tərzinin təşviq edilməsində daha çox rol oynayırlar. Ölkəmizdə də ekoloji tərbiyənin əsası ailədə qoyulduğundan bu vəzifənin öhdəlikləri valideynlərin üzərinə düşür. Ona görə də əbəs yerə demirlər ki, ekoloji düşüncə ailədən başlayır.  
Çıxışların ardından 33 nəfərin yararlandığı tədbirin sonunda mövzu ilə bağlı broşürlar paylanılıb.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 11.07.2024 15:26