AZ EN RU

Komitə tərəfindən qadınlar növbəti təlimə cəlb edilib

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi, “18 İyun Azərbaycanda İnsan Hüquqları Günü” ilə əlaqədar “İnsan hüquqları aylığı” çərçivəsində qadınlarla dekorativ-tətbiqi sənət sahəsi üzrə təlim keçirilib. Təlim 14 iyun 2024-cü il tarixdə Babək rayonunun Şəkərabad kəndində baş tutub.
Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Lamiyyə İbrahimova və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Könül Babayeva qadınların dekorativ-tətbiqi sənət sahəsinə marağının artırılması, eyni zamanda onların sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək etmək məqsədilə keçirilən təlimin əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, muxtar respublikada evdar və sosial qayğıya ehtiyacı olan qadınlar arasında milli dəyərləri özündə ehtiva edən dekorativ-tətbiqi sənət nümunələrinin yaşadılması istiqamətində sosial layihələr həyata keçirilir. Bu gün Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkil etdikləri bədii tikmə növü üzrə təlimin keçirilməsi görülən işlərin davamıdır. 
Çıxışların ardından istedadlı qadın Miranə Həmzəyeva iştirakçılara təlim keçib. Əyani vəsaitlərdən istifadə edilən təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.  

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 14.06.2024 19:17