AZ EN RU

Komitə sədrinin vətəndaşlarla növbəti görüşü olub

30 iyul 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Şərur rayonunun Püsyan kəndində sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib. 
Komitə sədrinin vətəndaşlarla görüşü zamanı Püsyan kənd sakinlərinin müraciətləri ayrı-ayrılıqda dinlənilib, protokollaşdırılıb. Müraciətlər əsasən aliment məsələsi, məktəbli formasının verilməsi, ünvanlı dövlət sosial yardımın və əlilliyin təyin edilməsi, şəxsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün özünüməşğulluq proqramına cəlb edilməsinə köməklik göstərilməsi və digər məsələlərlə bağlı olub. Görüşdə erkən nikahların və qohum evliliklərinin fəsadlarından əziyyət çəkən vətəndaşların müraciətləri çoxluq təşkil edib. Vətəndaşlara müraciətlərlə əlaqədar hüquqi izahat verilib, qanunamüvafiq köməklik göstərilib, Komitənin səlahiyyəti xaricində olan müraciətlərlə bağlı vətəndaşlara köməklik göstərilməsi məqsədilə aidiyyəti üzrə qeydiyyat aparılıb.
Tədbirdən sonra kənddə yerləşən elan lövhələrinə maarifləndirici posterlər yapışdırılıb.

Nəşr edilib : 30.07.2024 15:40