AZ EN RU

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı bu gün başa çatır

urnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən (DİM)  bildirilib ki, III ixtisas qrupu üzrə (DT altqrupu) imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə azı 100 bal olmalıdır) və jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər iyulun 29-u saat 23:59-dək Mərkəzin internet səhifəsinə daxil olaraq sorğu anketi doldurmaqla qeydiyyatdan keçməlidirlər. Onların qabiliyyət imtahanı avqustun 4-də keçiriləcək. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər.

Abituriyentlər imtahanda təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər.

Qabiliyyət imtahanı mərhələsində abituriyentlərə təklif olunacaq inşa mövzuları və abituriyentlərin yazacaqları inşaya (esseyə) verilən tələblər DİM-in saytında yerləşdirilib.

Nəşr edilib : 29.07.2024 10:26