AZ EN RU

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçirib. İmtahanda Jurnalistika ixtisasına qəbul olunmaq üçün III ixtisas qrupu (DT) üzrə test imtahanı vermiş, müsabiqə şərtini ödəmiş və sorğu vərəqi dolduraraq qeydiyyatdan keçmiş abituriyentlər iştirak edib. Qabiliyyət imtahanında abituriyentlər təqdim olunmuş mövzulardan ixtiyari birini seçməklə inşa (esse) yazıblar.“Şərq qapısı” xəbər verir ki, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə keçirilən imtahanda, ümumilikdə, 27 abituriyent iştirak edib. İmtahanın idarə olunmasına 1 rəhbər, 2 nəzarətçi ayrılıb. İmtahan saat 10:00-da başlanıb və 2 saat 30 dəqiqə davam edib.


Bülbül QULİYEVA

Nəşr edilib : 04.08.2024 13:21