AZ EN RU

İzmirdə meşə yanır, əraziyə beş təyyarə, doqquz helikopter cəlb olunub

Türkiyənin İzmir şəhərinin Menderes rayonunda meşə yanır.

Bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, hadisənin səbəbi hələ müəyyən edilməyib.

Yanğının söndürülməsi tədbirlərinə beş təyyarə, doqquz helikopter və digər texnikalar cəlb olunub.

Nəşr edilib : 10.07.2024 16:27