AZ EN RU

İsveçrə və Azərbaycan azad edilmiş ərazilərdə qadınların iqtisadi səlahiyyətləndirilməsi istiqamətində layihələrdə əməkdaşlıq edə bilər

İsveçrə ilə azad edilmiş ərazilərdə qadınların iqtisadi səlahiyyətləndirilməsi istiqamətində layihələr müzakirə edilib.

Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və İsveçrənin Azərbaycandakı səfiri Tomas Ştəli arasında görüşdə bildirilib.

B.Muradova qadınların iqtisadi səlahiyyətləndirilməsi istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlığından bəhs edərək, Qadın Resurs Mərkəzlərinin fəaliyyətini yüksək qiymətlənirib. Dövlət Komitəsinin sədri Resurs Mərkəzlərinin fəaliyyətinin dayanıqlılığının təmin olunmasının əhəmiyyətini qeyd edərək, İsveçrə Konfederasiyasının bu layihələrdə iştirakının iki ölkə arasındakı əməkdaşlığın da inkişafına təkan verdiyini diqqətə çatdırıb. Xüsusən də, işğaldan azad olunmuş ərazilərdə oxşar layihələrin davam etdirilməsi və qadınlarla müvafiq işin aparılmasının vacibliyini vurğulayıb.

T.Ştəli qarşılıqlı əlaqələrin bundan sonra da səmərəli inkişaf edəcəyinə inamını ifadə edib. Gender bərabərliyi və qadınların səlahiyyətlərinin gücləndirilməsi ilə bağlı səylərin davam etdirilməsinin səfirliyin fəaliyyət istiqamətlərindən biri olduğunu və Dövlət Komitəsinin bu sahədə fəaliyyətini müsbət qiymətləndirən səfir, birgə əməkdaşlığa açıq olduqlarını qeyd edib.

Nəşr edilib : 29.07.2024 17:25